Azərbaycan futbol ailəsinin "Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 115000 nəfərə çatıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 115000-ci üzv "3x3” turnirində çıxış edən Bakı şəhəri Səbail rayon 236 №-li orta məktəb komandasının oyunçusu Elnarə Şaiq qızı Tahirovadır.
İyulun 21-də onun 12 yaşı tamamlanacaq.