Türkiyə I Liqasınən oyunlarına start verilib. Spotnet.az-ın məlumatına görə, ilk turda Azərbaycan millisinin sabiq hücumçusu Branimir
Subaşiçin şərəfini qoruduğu "Manisaspor” "Alanyaspor”un qəbul edib.
Subaşiçin 90 dəqiqə
meydanda olduğu oyunda Manisa təmsilçisi 0:3 hesabı ilə məğlubiyyətə uğrayıb.
"Denizlipsor” Rail Məlikovun ilk "18-liy"ə düşmədiyi matçda "Adana
Demirspor”la heç-heçəyə qane olub – 1:1. Eyni aqibəti Cihan Özkara da yaşayıb. O, "Samsunspor"un "Giresunspor"la qarşılaşmasında iştirak etməyib. Bu görüş 0:0 hesabı ilə bitib.
İlk turun son oyunları bu gün keçiriib. Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka” klubu "Antalyaspor”u, Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin komandası "Qaziantep BB” isə "Boluspor”u qəbul edib. Həmyerlilərimizin çıxış etdikləri komandalar eyni hesablı heç-heçəyə nail olub - 1:1. "Karşıyaka"nın heyətində ilk 11-likdə meydana çıxan Mahir Şükürov oyunun 45-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. "Qaziantep BB"in heyətində çıxış edən Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyev də ilk 11-likdə olublar. Cavadov matçın 34-cü dəqiqəsində komandasının yeganə qolunu vurub.
29 avqust
"Bucaspor” – "Altınordu" 1:1
30 avqust
"Samsunspor” – "Giresunspor” 0:0
"Manisaspor” – "Alanyaspor” 0:3
"Adana Demirspor” – "Denizlispor” 1:1
"Şanlı Urfaspor” – "Adanaspor” 2:1
31 avqust
19:00. "Orduspor” –
"Kayserispor” - 0:1
22:00. "Qaziantep BB” – "Boluspor” - 1:1
Qollar: Vaqif Cavadov, 34 - Prjoviç, 53
22:00. "Karşıyaka” – "Antalyaspor” - 1:1
Qollar: Kahe, 7 - Badur, 17
Sarı vərəqə: Mahir Şükürov, 45
22:00. "Ankaraspor” – "Elazığspor” - 4:0