
Bolqarıstanın "Botev" və Kiprin AEL komandaları arasındakı yoldaşlıq görüşü meydana inəyin girməsi səbəbindən dayandırılıb.
Sportnet.az-ın məlumatına görə, futbolçular və hakimlər heyvanı qovmayıblar.
Onlar canlının meydanı tərk etməsinədək gözləyiblər. Az sonra stadionda it də peyda olub.
Qeyd edək ki, görüş davam etdirildikdən sonra AEL 2:1 hesabı ilə qalib gəlib.