
Azərbaycan milli komandasının futbolçusu Dəniz Yılmaz Türkiyənin "Göztəpə" klubuna keçməyə çox yaxındır.
Sportnet.az "Fanatik"ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu İzmirdə klubun bazasında olub. "Göztəpə" ilə bütün məsələlərdə anlaşan Yılmazın həftəsonunadək müqaviləyə imza atacağı bildirilir.
Qeyd edək ki, "Bursaspor"un yeni baş məşqçisi Pol Le Quen Dəniz Yılmazı komandada görmək istəmədiyini bildirib. Bundan sonra Yılmaz "Göztəpə" ilə danışıqlara başlayıb.