İtaliyanın "Roma” klubu ötən mövsüm "Sassuolo” komandasında çıxış edən Lorenso Pelleqrinini heyətinə qatıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilə qədər müqavilə bağlanılıb.
"Roma”nın öz yetirməsi olan L.Pelleqrini üçün qarşı tərəfə 10 milyon avro ödədiyi bildirilir.
Paytaxt klubu yeni transferini "FİFA 2017” kompüter oyunu vasitəsi ilə ictimaiyyətə təqdim edib.
Qeyd edək ki, Lorenso Pelleqrini 2015-ci ildə 1,25 milyon avro müqabilində "Sassuolo”ya keçib. O, ötən mövsüm "qara-yaşıllar”ın heyətində 34 oyunda iştirak edib və 8 qol vurmaqla yanaşı, 8 məhsuldar ötürmə edib.
]