
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Serbiyada "Mladost”u 3:0 hesabı ilə məğlub edən "İnter” bu gün səhər saatlarında Bakıya dönüb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, baş məşqçi Zaur Svanadze futbolçulara 1 günlük istirahət verib. Komanda iyulun 2-də yenidən bir araya gələrək, "Mladost"la cavab matçına hazırlaşacaq.
Qeyd edək ki, "Dalğa Arena”da keçiriləcək "İnter” – "Mladost” matçı saat 21:00-da başlayacaq.