
İspaniyanın "Atletiko” klubu futbolçusu Saul Nyiqeslə yeni müqavilə bağlayıb.
Sportnet.az-ın məlumatına görə, Madrid təmsilçisi 22 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddətini 2026-cı ilə qədər uzadıb.
"Atletiko”nun yetirməsi sayılan Saul 2012-ci ildən əsas komandanın üzvüdür. O, bu müddətdə iştirak etdiyi 90 matçda 12 qol vurub.
Qeyd edək ki, Saul Nyiqes iyunun 30-da başa çatan 21 yaşadək futbolçular arasında Avropa çempionatında 5 qolla bombardiri olub. Onun formasını geyindiyi İspaniya yığması finalda Almaniya millisinə 0:1 hesabı ilə uduzub.