
İngiltərə Premyer Liqasının qalibi "Çelsi" qapıçı transfer edib. Sportnet.az-ın klubun saytına istinadən yaydığı məlumata görə, "zadəganlar" "Mançester Siti"də çıxış edən Vili Kaballeronu heyətinə qatıb. 35 yaşlı qolkiperin "Çelsi"yə hansı şərtlərlə keçməsi barədə isə məlumat verilməyib. Qeyd edək ki, argentinalı kiper "Boka Xuniors", "Elçe", "Arsenal"(Sarandi), "Malaqa" klublarının qapısını qoruyub.