1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Qəbələ"nin rəqiblərinin oyunu dava ehtimalına görə təxirə salındı
Avstriyada təlim-məşq toplanışında olab Hollandiyanın "Utrext” komandasının iyulun 8-də Kiyev "Dinamo”su ilə deyil, "Qəbələ” ilə yoxlama oyunu keçirməsinin səbəbi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, dəyişikliyə səbəb "Utrext”in "Dinamo” ilə qarşılaşmalı olduğu Yenbax bölgəsində "Ayaks”ın da yoxlama oyunu keçirməsidir. Yerli hüquq-mühafizə orqanları bu iki Hollandiya təsmilçisinin azarkeşləri arasında dava düşəcəyi xəbərini aldıqları üçün təhlükəsizlik məqsədi ilə həmin gün Yenbaxda "Utrext” – "Dinamo” görüşünün baş tutmasına icazə verməyiblər.
Nəticədə sözügedən kollektivlər özlərinə yeni rəqiblər tapıblar. Beləliklə, iyulun 8-də ukraynalılar yerli "Vakker”lə, hollandlar isə Avstriyanın başqa bir qəsəbəsində "Qəbələ” ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qəbələ”nin hazırlıq prosesinin ikinci hissəsi iyulun 9-dək davam edəcək. Əyalət təmsilçisi bu gün Kiyev "Dinamo”su ilə də qüvvəsini sınayacaq. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv hazırlığın ikinci mərhələsindəki ilk görüşündə Avstriyanın "Qrodiq” komandasını böyük hesabla məğlub edib - 7:0. (Report)