"Differanj"la matç artıq geridə qalıb. Çətin olsa da, biz mərhələ keçməyi bacardıq. Artıq bu oyunu unutmuşuq". Bunu Sportnet.az-a açıqlamasında "Zirə"nin yarımmüdafiəçisi Milan Dyuriç deyib. Avropa Liqasının ikinci təsnifat mərhələsində "Astra" ilə qarşılaşacaq "Zirə" ilk oyununu səfərdə keçirəcək.
Serbiyalı futbolçu Rumıniyadakı matçda uğurlu nəticə qazanmaq istədiklərini bildirib: "Astra"nın güclü komanda olduğunu bilirik. Amma görək də necə alınır. Çalışacağıq ki, Bakıya sərfəli nəticə ilə qayıdaq".
Qeyd edək ki, "Zirə" Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 13-də "Astra"nın qonağı olacaq.