"Düzdür, məni ictimaiyyətə təqdim edə bilərlər. Amma mən rəsmi olaraq "Qarabağ”a keçməmişəm”. Bu haqda Dmitri Nağıyev Sportnet.az-a açıqlamasında Vyananın "Qarabağ” klubuna keçdiyi barədə yayılan xəbərlər haqda danışarkən deyib.
"Dnepr”in yetirməsi olan Nağıyev hələ rəsmi olaraq "Qarabağ”a keçmədiyini və sənəd məsələlərinin qaldığını deyib. O, son sənədləri də imzaladıqdan sonra "Qarabağ”ın oyunçusu sayıla biləcəyini deyib: "Ola bilər ki, kimsə tələsir. Amma mən hələ bir sənəd var, onu götürməliyəm "Dnepr”dən. Məhz həmin sənədi götürdükdən sonra, "Qarabağ”a rəsmi keçidim baş tutacaq”.