1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın oyunundan sonra metroda insident - FOTOLAR
"Qarabağ" və Gürcüstan "Samtredia"sı arasında keçirilmiş Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra metroda insident baş verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev şəxsi "Facebook" səhifəsində yazıb.
O bildirib ki, "Gənclik" metro stansiyasında vaqona daxil olan azarkeşlər vaqona və videomüşahidə kamerasına zərər vurublar. Paşayev fotoları paylaşaraq yazıb: "Bu şəkillər Bakı Metrosunun 1566 saylı vaqonundandır. Dünən Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edirdi. Əsas vəzifəsi sərnişin, insan daşımaq idi. Amma və lakin "Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasında metroya minən bəzi "insanlar" ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti hesabına alınan vaqonu bu vəziyyətə salıblar. Əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər".
Qeyd edək ki, "Qarabağ" "Samtredia"ya 5:0 hesabı ilə qalib gəlib.