"Bura qələbə ardınca gəlmişik".
Sportnet.az-ın məlumatına görə, bunu Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qəbələ”nin qonağı olacaq "Yagelloniya”nın futbolçusu Taras Romançuk deyib. 26 yaşlı yarımmüdafiəçi iddialı danışıb: "Nəyə qadir olduğumuzu bilirik. Bunu meydanda göstərəcəyik. Nəticə əldə etmək üçün çalışacağıq".
Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Yagelloniya" matçı saat 21:00-da başlanacaq.