1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Jeff Ştrasser: "İnter” gözlədiyimiz kimi oynadı"
"Oyunu təhlil edərkən, onu demək olar ki, ədalətli nəticə olmadı. Heç-heçə daha ədalətli olardı. Əlimizə düşən imkanlardan yararlana bilsəydik, nəticə başqa cür olardı. Son dəqiqələrdə qol buraxıb məğlub olduq. Nə etmək olar?!".
Sportnet.az-ın məlumatına görə, bu sözləri Lüksemburqun "Fola Eş" klubunun baş məşqçsi Jeff Ştrasser Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Bakı "İnter”inə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib. Daha sonra o, jurnalitlərin suallarını cavablandırıb.
- Son dəqiqələrdə Denis Silva ilə mübahisəniz yarandı. Həmin epizodda baş məşqçi kimi centlmenlikdən kənar hərəkət etməyə sizi nə vadar etdi?
- Centlemenlik məsələsində UEFA sözünü deyəcək.
- Bu nəticə sizə növbəti mərhələ üçün nə qədər şans saxlayır?
- Statistikaya baxsaq, ilk oyunda 1:0 hesablı qələbə qazanan komandanın şansı daha çox olur. Amma bizim də şansımız davam edir. Bundan yararlanmağa çalışacağıq.
- Hər iki ölkə çempionatının bürünc mükafatçılarının duelində bu hesabı ədalətli saymaq olarmı? Nəzərə alaq ki, bizim çempionatın 4-cüsü olan "Zirə” sizdə ikinci yeri tutan komandanı mübarizədən kənarlaşdırıb...
- "Differdanj”la aramızdakı oyunlarda uduzmuşuq. Bizdə 14 komanda, sizdə 8 kollektiv mübarizə aparır. Bütün hallarda, sətirarası komplimentə görə təşəkkür edirəm.
- "İnter” bu gün gözlədiyiniz oyunu sərgilədi?
- Oyundan əvvəl "İnter”i yüz faiz tanıyırdıq və onlardan belə çıxış gözləyirdik. Təhlil edəndə də görürük ki, "İnter” gözlədiyimiz kimi oynadı. İndi oyun planında gərək bir az dəyişiklik edək ki, evdə uğurlu nəticə əldə edək (Qol.az).