1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şeydayev Çempionlar Liqasında debüt etdi
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Slovakiyanın "Jilina" klubunun heyətində Çempionlar Liqasında debüt edib. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı hücumçu Danimarka "Kopenhagen"i ilə II təsnifat mərhələsinin ilk görüşündə meydana çıxıb.
Görüşə ehtiyat oyunçular skamyasında başlayan Şeydayev 57-ci dəqiqədə İvan Santyaqo Diası əvəzləyib. Həmin vaxt "Jilina" 1:0 hesabı ilə öndə olsa da, tezliklə ağır zərbələr alıb. 61-ci dəqiqədə Miroslav Kaçer ikinci sarı vərəqənin ardından qovulub. 68 və 73-cü dəqiqələrdə isə Andriya Pavloviç "dubl" edərək, "Kopenhagen"i səfərdə önə çıxarıb.