1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycanca "qabağa otur" sözünə əsəbiləşdim"
"Xəzər Lənkəran”a getdiyim üçün peşman deyiləm. Avropaya gedərkən qurduğum xəyallar Azərbaycanda gerçəkləşdi”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran”ın sabiq futbolçusu Oqtay Dərəlioğlu FourFourTwo.com-a açıqlamasında deyib.
Türkiyəli veteran hücumçu Azərbaycandakı karyerası haqda maraqlı faktlardan danışıb: "Mənimlə kral kimi davranırdılar. Mən də heç vaxt futbolda bizdən geridə olduqları üçün onları kiçiltmirdim. Hələ də Azərbaycana gəlib-gedən ən yaxşı legioner sayılıram. Azərbaycanın mədəniyyəti Rusiya və Türkiyənin qarışığıdır. Mənə heç vaxt yad yerdə olduğunu hiss etdirmirdilər. Sadəcə, dilləri bir az gülməlidir. Bir dəfə təyyarədə biri mənə "qabağa otur” dedi. Mən də əsəbləşərək "sən otur qabağa” dedim. Sonda anladım ki, "öndəki oturacaqda otur” deyirmiş.
Azərbaycan Premyer Lqiasında qəribə bir reqlament var idi. "Xəzər Lənkəran”da oynadığım mövsüm çempionatı lider kimi bitirdik, göstəricilərimiz də ikinci komandadan yaxşı idi. Amma mövsümün sonunda "qızıl oyun” dedikləri bir matç keçirildi (2004/2005 mövsümü "Neftçi” - "Xəzər Lənkaran” – 2:1) və çempionluğu rəqibimizə verdilər. Yenə də "Xəzər Lənkəran”a getdiyim üçün təəssüflənmirəm” (Qol.az).