ABŞ-da təlim-məşq toplanışında olan Almaniyanın "Ayntraxt” komandası növbəti yoxlama görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib yerli "San Xose" klubu olub. Görüş ABŞ təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Ayntraxt”ın yeganə qolunu 83-cü dəqiqədə Danni Blum vurub. Ona ötürməni isə ikinci hissədə meydana girən Azərbaycan millisinin üzvü Renat Dadaşov verib.
Qeyd edək ki, görüşü 14 min tamaşaçı izləyib.










































































