Mirça Luçesku yenidən Türkiyənin "Qalatasaray" klubuna baş məşqçi təyin oluna bilər. Sportnet.az-ın "Gazeta Sporturilor"a istinadən məlumatına görə, bu, komandanın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməyəcəyi təqdirdə baş verəcək.
II təsnifat mərhələsinin ilk görüşündə "sarı-qırmızılar" İsveçrə "Ostersun"a 0:2 hesabı ilə uduzublar. Cavab görüşü iyulun 20-də keçiriləcək. Bu cütün qalibi "İnter" (Azərbaycan) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə növbəti mərhələdə üz-üzə gələcək. İlk oyunda "İnter" Bakıda 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Mirça Luçesku "Qalatasaray"a 2000 - 2002-ci illərdə rəhbərlik edib. O, "Cim-Bom"a çempionluq, UEFA Superkuboku qazandırıb, komandanı tarixində ilk dəfə Çempionlar Liqasının 1/4 finalına yüksəldib.











































































