Futbol üzrə Polşa çempionatına start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə "Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Yagelloniya" "Termalika"nın qonağı olub. Görüş meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1. "Yagelloniya"nın yeganə qolunu 47-ci dəqiqədə penaltidən Lukaş Sekulski vurub.
"Yageelloniya" oyunu bu heyətlə keçirib: Marian Kelemen - Ziqmunt Qordon, İvan Runye, Qutyeri Tomelin, Gilyerme Sitya, Damian Şimanski (60' David Şimonoviç), Taras Romançuk, Dmitri Xomçenovski, Martin Pospisil (69' Arvidas Novikovas), Fyodor Çernıx, Lukaş Sekulski (77' Sillian Şeridan).
Qeyd edək ki, "Qəbələ" və "Yagelloniya" arasında Bakıda keçirilmiş ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Cavab görüşü iyulun 20-də olacaq.