"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Şerif" Moldova Milli Diviziyasında III tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib "Zimbru" olub.
İki barışmaz rəqibin duelində qalib müəyyənləşməyib. "Zimbru" bu nəticə ilə "Şerif"lə qarşılaşmalardakı 10 oyunluq məğlubiyyət seriyasına son qoyub. Tiraspol təmsilçisi isə çempionatda ikinci matçında qələbəsiz qalıb. Hazırda "Şerif" 3 oyundan 5 xalla 3-cü, "Zimbru" isə 4 xalla 4-cü pillədədir.
Qeyd edək ki, "Qarabağ"la "Şerif" arasındakı ilk görüş iyulun 25-də Bakıda, cavab matçı isə avqustun 1-də Tiraspolda keçiriləcək.










































































