"Qəbələ"nin Yunanıstan "Panatinaikos"u ilə Bakıda keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, görüş Kreyq Pousonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadasına tapşırılıb. Li Betts və Adam Nunn yan xətt, Kevin Frend dördüncü hakim funksiyasını yerinə yetirəcək. Hakim-inspektor macarıstanlı Laslo Vaqner, UEFA nümayəndəsi isə xorvatiyalı Aloyziye Şuprahadır.
Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı saat 21:00-da başlayacaq. İlk oyunda "Panatinaikos" qalib gəlib - 1:0.











































































