Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Şerif" klubu Moldova Milli Diviziyasında IV tur matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, Tiraspol təmsilçisi səfərdə "Petrokub”la qarşılaşıblar.
Xınçeşt şəhər stadionunda keçirilmiş görüş "Şerif"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaq komandanın qollarını 71-ci dəqiqədə Stefan Muqoşa, 82-ci dəqiqədə isə Vitalie Damaşkan vurub.
Bu qələbə sayəsində xallarını 8-ə çatdıran "Şerif" liderliyi ələ alıb. Lakin 7 xalla 2-ci pillədə olan "Spikul"un ehtiyatda bir oyunu var.
Qeyd edək ki, "Şerif"lə "Qarabağ" arasındakı cavab görüşü avqustun 1-də Tiraspolda keçiriləcək. Bakıdakı ilk qarşılaşmada hesab açılmayıb - 0:0.










































































