Braziliya milli komandasının futbolçusu Neymar Fransanın PSJ klubunun heyətində ilk məşqinə çıxıb. Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesi avqustun 4-də mətbuat konfransının ardından baş tutub.
Neymarın yeni həmklubları ilə məşqi yüksək əhval-ruhiyyədə keçib.
Qeyd edək ki, braziliyalı hücumçu İspaniya "Barselona"sından PSJ-yə dünya futbolunda rekord sayılan 222 milyon avroya keçib. Onunla 5 illik müqavilə bağlanılıb. PSJ Fransa çempionatında ilk tur matçını bu gün evdə "Amyen"ə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:15-də başlanacaq.