1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qalmaqallı El Klasiko - VİDEO
"Barselona" və "Real Madrid" futbol komandaları arasında İspaniya Super Kuboku uğrunda ilk görüş keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Nou Kamp" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Görüşdə bütün qollar ikinci hissədə vurulub. 50-ci dəqiqədə "Barsa"nın müdafiəçisi Jerar Pike topu öz qapısına göndərib. 76-cı dəqiqədə meydan sahiblərinin kapitanı Lionel Messi penaltidən bərabərlik qoluna imza atıb.
Lakin 80-ci dəqiqədə "Real Madrid"in lideri Kriştianu Ronaldu gözəl qolla komandasını yenidən hesabda irəli çıxarıb. Bu zaman Ronaldu formasını əynindən çıxardığı üçün sarı vərəqə alıb. 82-ci dəqiqədə isə o, rəqiblə mübarizədə yerə yıxılaraq, penalti tələb edib. Baş hakim Rikardo de Burqos Benqoetçea isə bu hərəkəti simulyasiya kimi dəyərləndirərək, Ronalduya ikinci sarı və qırmızı vərəqə göstərib. Qərardan qəzəblənən "Real Madrid"in kapitanı meydanı tərk edərkən, referini arxadan itələyib.
Azlıqda qalmasına baxmayaraq, "Real Madrid" 90-cı dəqiqədə daha bir qol vurub. Bu dəfə Marko Asensio fərqlənib.
Cavab görüşü avqustun 17-də Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.