1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Katalin Tiranın komanda yoldaşları penalti üstündə dalaşdı - VİDEO
Rumıniya çempionatının VII turunda Buxarestin "Yuventus" və "Styaua" komandaları arasında keçirilmiş matçın uzatma dəqiqələrində qeyri-adi hadisə baş verib. Sportnet.az-ın məlumatına görə, "Yuventus"un oyunçuları George Kalintaru və Valentin Barbulesku bir-biri ilə dalaşıb.
Buna Kalintarunun 90+6-cı dəqiqədə "Styaua"nın qapısına təyin olunmuş penaltini Panenka üslubunda vurma cəhdi səbəb olub. Həmin zərbəni rəqib qapıçı Florin Nitse asanlıqla tutub. Nəticədə "Yuventus" 1:2 hesabı ilə uduzub.
Bundan sonra Barbulesku Kalintaruya iradlar bildirərək, onu itələyib. Münaqişənin daha da böyüməsinə onların komanda yoldaşları imkan verməyiblər.
Qeyd edək ki, "Yuventus" Rumıniya çempionatında 7 turdan sonra 2 xalla sonuncu pillədə qərarlaşıb. Komandanın heyətində ötən mövsüm azarkeşi vurduğu üçün "Neftçi"dən qovulan Katalin Tira da yer alıb. Lakin Tira "Styaua" ilə matçda sonadək ehtiyatda qalıb.