1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" daha bir problemlə üzləşdi
"Qəbələ" klubu "Qarabağ"la keçirəcəyi Azərbaycan Premyer Liqasının III tur matçından əvvəl problemlərlə üzləşib. Klubdan Sportnet.az-a verilən məlumata görə, "Sumqayıt"la ötən turun oyunundan sonra Elvin Məmmədovun topuğunda şiş əmələ gəlib.
Həmin şiş hələ də çəkilmədiyindən, Məmmədovu MRT müayinəsindən keçirmək mümkün olmayıb. Təcrübəli yarımmüdafiəçinin qarşıdakı görüşdə meydana çıxması böyük sual altındadır.
Əvəzində ötən oyunda zədələnən İlqar Qurbanovun "Qarabağ"la oyunu buraxacağı dəqiqdir. MRT müayinəsindən keçən İ.Qurbanovun ayağının çeçələ barmağı sümüyünün sındığı müəyyənləşib. Həmin hissəyə gips qoyulub. Təcrübəli oyunçunun 4 həftəyədək oynamayağı bildirilir.
Bunlarla yanaşı, "Sumqayıt"la matçı buraxan kapitan Cavid Hüseynovun soyuqdəymə və anginası hələ keçməyib. Məşqlərdən kənar qalan Hüseynovun oyunadək hansı durumda olacağı bilinmir.
Əvəzində ötən oyunda əzələsini dartdığı üçün erkən əvəzlənən Ruslan Qurbanovunn durumunun ciddi olmadığı müəyyənləşib. Onun avqustun 26-da keçiriləcək qarşılaşmada meydana çıxmasında heç bir problem yoxdur.
Qeyd edək ki, "Qəbələ" "Qarabağ"la oyuna hazırlığın Bakı mərhələsinə bu gündən paytaxtın eyniadlı klubunun bazasında başlayacaq. Görüş isə Suraxanıdakı "Azərsun Arena"da keçiriləcək.