
"İnter"in müdafiəçisi Tərlan Quliyev Azərbaycan Premyer Liqasının III turunda "Səbail" üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Oyun barədə nə deyə bilərsən?
-Oyunu əvvəlcədən bilirdik çətin olacaq. Bizim üçün ümumiyyətlə bütün oyunlar ağır olmalıdı. Vəziyyətimiz göz qabağındadı. Komandada 50 faiz oyunçularımız zədəlidi və bu halda belə oynayırlar. Məcburuq oynamağa.
- Qırmızı vərəqə epizodu ilə bağlı nə deyə bilərsən?
- İkinci epizodda sarı vermək olardı ancaq birinci epizodda vərəqə göstərməyi lazım deyildi.
-Komanda 10 nəfərlə qalanda fikirləşmədin ki, qol buraxa bilərsiz. "Səbail" son dəqiqələrdə hesabı bərabərləşdirə bilər...
- Əlbəttə ki, adam pis hiss edir özünü. Komanda 10 nəfərlə oturub dala əziyyət çəkir. Nəvar-nəvar komanda mənim ucbatımdan çətinə düşdü. Yəni adam elə fikirləşir, bu hamının başına gələ bilər. Şükürlər olsun, əsas 3 xal idi onu da qazandıq. "Kəpəz"lə qarşıdan gələn oyunu fikirləşirik. O da ağır olacaq, özü də Yevlaxda.
- Ümumiyyətlə komandada yaxşıya doğru bir şey baş verdi?
- İnşallah hər şey yaxşı olmalıdı. Gözləyirik biz də.