İngiltərə Premyer Liqasının III turunun mərkəzi görüşündə "Liverpul” "Arsenal”ı qəbul edib.
Sportnet.az-ın məlumatına görə, "mersesaydlılar" rəqibini 4:0 hesabı ilə darmadağın edib. Qolları 17-ci dəqiqədə Roberto Firmino, 40-cı dəqiqədə Sadio Mane, 57-ci dəqiqədə Mohamed Salah və 77-ci dəqiqədə Daniel Starrric vurub.
Bu qələbədən sonra xal ehtiyatını 7-yə çatdıran "Liverpul” ikinci pilləyə yüksəlib.