İngiltərənin "Liverpul” klubu Almaniya "Leyptsiq”inin futbolçusu Nabi Keytanı transfer edib.
Sportnet.az mersisaydlıların rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı qvineyalı yarımmüdafiəçi 1 iyul 2018-ci ildə yeni komandasına qoşulacaq. O, 2017/2018 mövsümündə Almaniya təmsilçisinin formasını geyinəcək.
İngiltərə mətbuatına yer alan məlumatlara görə, "Liverpul” Keyta üçün "Leyptsiq”ə 48 milyon funt sterlinq ödəyəcək.
Qeyd edək ki, Nabi Keyta ötən mövsüm "Leyptsiq”in heyətində keçirdiyi 32 oyunda 8 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.