
Topaz Premyer Liqasının IV turu çərçivəsində "Sumqayıt”la keçiriləcək oyunun hazırlığına dünən start verən "Neftçi” bu günün səhər məşqini başa vurub.
Sportnet.az-ın məlumatına görə, komanda bazasındakı meydançada məşq edib. Axşam məşqi İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq. Hazırlıq prosesləri hələlik baş məşqçi əvəzi Elşad Əhmədovun rəhbərliyi altında keçirilir.
Qeyd edək ki, "Sumqayıt"-"Neftçi" oyunu sentyabrın 10-da keçiriləcək.