1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"dən iki heç-heçə
Cənubi Koreyada keçirilən 13 yaşadək futbolçular arasında beynəlxalq turnirə yekun vurulub. Yarışda qüvvəsini sınayan "Qəbələ”nin müvafiq yaş qrupu üzrə komandası turnirin son günündə iki qarşılaşma keçirib.
Sportnet.az klubun rəsmmi saytına istinadən məlumat verir ki, "Qırmızı-qaralar” öncə Yaponiyanın "Vejitto” komandası ilə görüşüb. 2:2 hesabı ilə başa çatan matçda Hüseynağa Səlimov və Sadiq Şəfiyev qol sevinci yaşayıb. "Qəbələ” son matçında da sülhlə kifayətlənib. Komandamız Tailandın BCC klubu ilə heç-heçə edib – 3:3. Bu görüşdə Esqin Əhmədov, Hüseynağa Səlimov və Okan Təhməzli qol vurub.
Turnirin qalibi adına isə Braziliyanın "Santos” klubu yiyələnib. İspaniya "Selta”sı 2-ci, yerli "Çunqmu” 3-cü yeri tutub.