
San Marino ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Azərbaycan milli komanadasının heyətində 2 debüt gerçəkləşib. Sportnet.az-ın məlumatına görə, "Zirə"nin müdafiəçisi Təmkin Xəlilzadə və Almaniya "Ayntraxt"ının hücumçusu Renat Dadaşov ilk dəfə meydana çıxıb.
Xəlilzadə görüşü əvəzolunmadan keçirib. Dadaşov isə 72-ci dəqiqədən sonra oyunda olub.