1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı"dan alacağı olan futbolçu dilə gəldi
"Bakı” klubunun sabiq futbolçusu Mariuş Penaya 100 min dollar borcu qalıb.
Sportnet.az xəbər verir ki, bu barədə romanialibera.ro saytında dərc edilən məqalədə qeyd olunur.
Bildirilir ki, "Bakı” 2013-cü rumıniyalı hücumçuya 125 min dollar ödəyib. Həmin vəsait hazırda adı 3 milyardlıq qalmaqalda hallanan 4 Böyük Britaniya şirkətindən biri olan LCM Alliance LLP tərəfindən 32 yaşlı futbolçunun hesabına köçürülüb.
Penanın sözlərinə görə, "Bakı” ilk aylar əmək haqqını nəğd formada ödəyib. Daha sonra isə Azərbaycandakı bir bank vasitəsi ilə köçürmə olub. Rumıniyalı futbolçu Azərbaycan klubunun ona 100 min dollar borclu olduğunu və bu məbləği alacağına ümid etdiyini də söyləyib.
Qeyd edək ki, Marius Pena 2012-2014 cü illərdə "Bakı”da çıxış edib. O, iştirak etdiyi 30 oyunda 6 qol vurub.