"Böyükağa Hacıyevin qalıb-qalmaması müzakirə mövzusu ola bilməz". Bunu Sportnet.az-a açıqlamasında "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib.
O, əcnəbi baş məşqçilərin yerli mütəxəssislərin nəticələrini təkrarlamalarını arzulayıb: "Mən Yuri Syomin, Con Toşak, Milinko Pantiç, Mustafa Dənizli və digər yüksək ödənişli əcnəbi məşqçilərin adlarını çəkmək istərdim. Onların uğurları ilə bizimkiləri müqayisə edin. Onların uğurları maddiyyat tərəfdən olubsa, bizim uğurlarımız Azərbaycan futbolu baxımından olub. Bunları nəzərə alaraq, Böyükağa Hacıyevin gedib-getməyəcəyi müzakirə oluna bilməz. Arzu edərdim ki, nəinki yerlilər, milyonlar qarşılığında Azərbaycana gələn əcnəbi məşqçilər heç olmasa bizim nəticələri təkrarlasınlar. Çünki milyonları qazanan onlar, nəticəni verən bizlərik".
Süleymanovun sözlərinə görə, əcnəbi baş məşqçilərin çalışdığı "Bakı”, "Xəzər Lənkəran” və "Qəbələ”də infrastruktur baxımından xeyli işlər görülüb. Amma bunların qarşılığında əcnəbi baş məşqçilərin verdikləri nəticələr yerli mütəxəssislərin nailiyyətlərindən geri qalır: "Syomin deyir ki, "Qəbələ”də qazandığı bürünc şəxsi karyerası üçün uğurdur. Bu gün Azərbaycanda nəticəni yerli mütəxəssislər qazanır. Hesab edirəm ki, Böyükağa Hacıyev və Qurban Qurbanovun nailiyyətlərini sadalamağa ehtiyac yoxdur. Bir halda ki, yerlilər milyonluq müqavilələri olan əcnəbiləri üstələyir, nəyə görə həmin xarici məşqçilərə bu pullar ödənilir?"
Ceyhun ƏLİYEV
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |