Tərlan Əhmədov yeni komanda ilə anlaşdığına dair yayılan xəbərlərə reaksiya verib.
46 yaşlı mütəxəssis Sportnet.az-a açıqlamasında adının 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması və "Neftçi" ilə hallanmasını şərh edib. O, belə xəbərlərin həqiqətə uyğun olmadığını bildirib: "Heç kimlə danışıq aparmamışam. Heç kim də mənimlə əlaqə saxlamayıb. Bircə jurnalistlərdən başqa. Onlara da demişəm ki, nə oldu, günortayadək U-21-də baş məşqçi idim, günortadan sonra "Neftçi"də?"
Qeyd edək ki, təcrübəli mütəxəssisin son iş yeri paytaxtın AZAL klubu olub.









































































