1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rusiya çempionatında erməni özbaşınalığı - FOTO
Moskvanın "Ararat" klubunun azarkeşləri Rusiya çempionatının oyunu zamanı qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını nümayiş etdiriblər. Sportnet.az-ın məlumatına görə, ermənilərə məxsus komandanın fanatları "Ryazan"la II Liqanın Mərkəz zonasının VIII tur matçı zamanı özbaşınalığa yol veriblər.
Onlar tribunada Ermənistan və qondarma qurumun bayraqlarını yanaşı asıblar. Halbuki, FİFA və UEFA-nın müəyyənləşdirdiyi qaydalara əsasən, oyunlar zamanı tanınmamış respublikaların bayraqlarının stadionlara keçirilməsi qadağandır. Görünür, bu qadağaya ya I vitse-prezidenti Nikita Simonyan olan Rusiya Futbol İttifaqı məhəl qoymayıb, ya da stadionun təhlükəsizliyinə cavabdeh şəxslər buna göz yumublar.
İstənilən halda, gah dağılacağını, gah da yaşayacağını bəyan etməklə qeyri-ciddi imic formalaşdıran "Ararat"ın azarkeşləri sonda 1:0 hesablı qələbəyə seviniblər.