Almaniyanın federal kansleri Angela Merkel futbol üzrə transfer bazarında baş verənlərlə bağlı fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, kansler transferlərə xərclənən pullardan narazılığını ifadə edib. O deyib: "Mən futbolda maliyyə inkişafını tənqidi baxımdan izləyirəm. Klubların trasferlərə sərf etdiyi məbləğlər adi insanlar üçün əlçatmazdır. FİFA və UEFA trasfer məbləğlərinin gündən-günə necə artdığına seyrci qalmamalı, klublar arasında balansı saxlamaq üçün qaydalara yenidən baxmalıdır".








































































