1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sedio Mane: "Onun üçün dua edəcəm" - FOTOLAR
Dünən İngiltərə Premyer Liqasının 4-cü turunda keçirilən "Mançester Siti" - "Liverpul" (5:0) oyununda xoşagəlməz hadisə yaşanıb.
Sportnet.az-ın məlumatına görə, qonaqların seneqallı hücumçusu Sedio Mane "şəhərlilər"in qapıçısı Morayes Edersonla təkbətək qaldığı epizodda olduqca kobud oynayaraq onu zədələyib. Manenin ayağı Edersonun sifətinə çırpılıb. Həkimlər dərhal meydana daxil olub və qapıçıya ilkin yardım edilib. Daha sonra isə onu xəstəxanaya aparıblar. Baş hakim isə bu epizoda görə, Maneni qırmızı vərəqə ilə meydandan qovub.
S.Mane sosial şəbəkədəki şəxsi hesabından bu barədə paylaşım edib. O, buna görə, çox məyus olduğunu və Edersonun tezliklə yaşıl meydanlara dönəcəyinə ümid etdiyini bildirib: "Mən ümid edirəm ki, Ederson tezliklə yaxşılaşaraq geri qayıdacaq. Bu hadisəyə görə çox üzr istəyirəm. Belə olmasını istəməzdim. Onun üçün dua edəcəm. Tezliklə yaşıl meydanlara qayıtmağını diləyirəm, çünki o, yüksək keyfiyyətlərə malik bir oyunçudur".
Qeyd edək ki, iki gün əvvəl Mane Premyer Liqada avqust ayı üçün ən yaxşı oyunçu seçilmişdi.