1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Erməni baş məşqçidən jurnalistə tərbiyəsizlik
Rusiya "Ararat"ının baş məşqçisi Aleksandr Qriqoryan "Matç TV"nin şərhçisi Timur Juraveli hədələyib. Sportnet.az-ın məlumatına görə, erməni mütəxəssis həmkarımızı vurmaq niyyətində olduğunu bildirib.
O deyib: "Timuyr başa düşməlidir ki, gündəlik həyatda mən onun çənəsini qıraram. Bir dəfə ona qarşı əsəbiləşdim. Növbəti dəfə görüşəndə şirin kökə kimi onu yeyəcəyəm. Tüpürüm ona. Juravel rəqibim deyil ki, mənimlə bir tərəziyə çıxsın".
Tərəflər arasında münaqişə Qriqoryanın hələ "Anji"yə rəhbərlik etdiyi vaxt "Lokomotiv"ə 0:1 hesabı ilə uduzduqları Rusiya Premyer Liqasının III tur matçında baş verib. Həmin vaxt baş məşqçi jurnalistin sensasiya axtardığını iddia edib.
Qeyd edək ki, Aleksandr Qriqoryan "Anji"dən avqustun 12-də ayrılıb və bundan 4 gün sonra "Ararat"a baş məşqçi təyin olunub. Sentyabrın 5-də o, komandanın fəaliyyətini dayandıracağını açıqlayıb.