21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlar üçün baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Ələkbərova həvalə olunub.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar Məşqçilər Komitəsinin təklifinə əsasəna qəbul olunub. S.Ələkbərov isə bu müddət üçün Aslan Kərimov və Cahangir Həsənzadəni özünə köməkçi-məşqçi təyin edib.








































































