
İngiltərə Premyer Liqasında "Uotford" və "Mançester Siti" komandaları arasında keçirilmiş oyun zamanı meydana azarkeş girib.
Sportnet.az-ın məlumatına görə, fanat selfi etməyə və şəhərlilər"in hücumçusu Serxio Aqüeronu qucaqlamağa imkan tapıb. Bundan sonra təhlükəsizlik xidməti əməkdaşları onu meydandan kənara çıxara bilib.
Qeyd edək ki, "Mançester Siti"nin 6:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Serxio Aqüero "het-trik" edib.