İtaliyanın "Roma" klubunun futbolçusu Alessandro Florentsi "Qarabağ"la Bakıda keçirəcəkləri Çempionlar Liqasının II tur matçını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ağır meydanda oynamağın çətin olacağını bildirib.
Florentsi öz keyfiyyətlərini ortaya qoymalı olduqlarını söyləyib: "Çünki bizim üstünlüklərimiz daha çoxdur".
İtaliyalı oyunçu ötən gün "Roma"nın "Verona"nı 3:0 hesabı ilə yendiyi IV tur matçında ikinci qolun ötürməsini verib. O, 90 dəqiqə ərzində gözəl oyunu ilə yadda qalıb.
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" matçı saat 20:00-da başlanacaq.









































































