1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Fair Play" pozuldu, qol sayıldı - VİDEO
Almaniya çempionatının III Divizionunda VII tur çərçivəsində keçirilmiş "Karl Tseynss” – "Meppen” görüşündə "Fair Play” qaydalarına zidd olan qol vurulub.
Sportnet.az-ın məlumatına görə, 57-ci dəqiqədə 2:0 hesabı ilə öndə olan qonaqların futbolçusu Martin Vaqner meydan sahiblərindən Yulian Şmidt zədələnərək yerdə qaldığı üçün topu saxlayıb. Lakin həmin vaxt "Karl Tseyss”in hücumçusu Soren Eysman topu götürərək, irəliləyib və rəqib qapısıdan keçirib.
"Meppen”nin məşqçilər korpusunun və futbolçularının etirazına baxmayaraq, baş hakim qolu qeydə alıb. Üstəlik, Eysman 82-ci dəqiqədə "dubl" edərək, hesabı bərabərləşdirməyə də müvəffəq olub - 2:2.
Qeyd edək ki, 8 turdan sonra "Karl Tseyss” 6 xalla sonuncu yerdədir. "Meppen” isə 9 xalla 10-cudur.