1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2020-ni keçirəcək şəhərlərdən birinə təhlükə
Belçikanın paytaxtı Brüssel 2020-ci il Avropa çempionatının final mərhələsinin oyunlarını qəbul edəcək 13 şəhər sırasından xaric oluna bilər. Sportnet.az-ın məlumatına görə, səbəb "Eurostadium"un tikintisinin ləngiməsidir.
Təbiəti mühafizə orqanlarından tikintiyə indiyədək razılıq almaq mümkün olmayıb. Mümkündür ki, UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında Brüssel AVRO-2020-yə təşkilatçılıq hüququndan məhrum edilsin. Bu şəhərdə qrup mərhələsinin 3, 1/8 final mərhələsinin 1 oyunu keçirilməlidir. Belçika Krallığı Futbol Assoasiasiyasının baş katibi Koen de Brabander stadionun vəd olunduğu kimi, 2019-cu ildə hazır ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, icazənin alınma prosesi daha 150 gün çəkəcək. Üstəlik, stadionun ərsəyə gəlməsinə 12 - 18 lazım gələcək. Beləliklə, hər şey qaydasında getsə, 60 min nəfərlik arena 2019-cu ilin payızınadək - AVRO-2020-nin startına 9 ay qalmış istifadəyə veriləcək. Hazırda Belçikanı əvəzləməyə Uels və Fransanın namizədlikləri nəzərdən keçirilir.
Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi şərəfinə AVRO-2020 qitənin 13 şəhərində təşkil olunacaq. Həmin şəhərlər arasında Bakı da var. Bakı Olimpiya Stadionu çempionatın qrup mərhələsinin 3, 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.