1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Uşaqlıqdan Prosineçkiyə pərəstiş etmişəm"
"Valideynlərim xorvatiyadandır. Lakin onlar Bosniya müharibəsindən bir qədər əvvəl İsveçrəyə köç ediblər. Orada böyümüşəm və Robert Prosineçkiyə pərəstiş etmişəm”.
Sportnet.az-ın məlumatına görə, bunu "Marca”ya müsahibəsində İspaniyanın "Barselona” klubunun xorvatiyalı futbolçusu İvan Rakitiç deyib. 29 yaşlı yarımmüdafiəçisi hazırda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışan həmyerlisi Robert Prosineçkini kumiri hesab etdiyini söyləyib. O, bildirib ki, 48 yaşlı mütəxəssis xorvatiyalılar üçün qəhrəmandır: "Prosineçki "Real Madrid”, "Barselona” və "Sevilya”da oynayıb, xorvatlar üçün qəhrəmandır. Uşaqlıqda onun kimi olmaq və İspaniyada oynamaq istəyirdim”.
Qeyd edək ki, Robert Prosineçki 1 dekabr 2014-cü ildən Azərbaycan yığmasına rəhbərlik edir. Həmin vaxt onunla 3 illik müqavilə bağlanılıb.