1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA prezidentindən transferlərə reaksiya
"Dünya futbolunda "transfer pəncərəsi”nin tənzimlənməsi konstruktiv qərarlar tələb edir”.
Sportnet.az xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino İsveçrənin Cenevrə şəhərində UEFA-nın 13-cü Növbədənkənar Konqresindəki çıxışı zamanı deyib.
O, bildirib ki, transfer sisteminin düzgün işləməsi üçün FİFA, UEFA, liqalar və klublar cavabdehdir. FİFA rəhbəri transferlər zamanı agentlərə ödəmələrin artdığını da vurğulayıb: "Biz yay "pəncərəsi” ərzində xərclərin əhəmiyyətli artımını – 1 milyard avroya yüksəlməsini müşahidə etdik. Bu, mənfi hal deyil. Daha çox bölüşdürmə məsələsidir. Eyni zamanda biz gördük ki, agentlərə ödəmələr artır, yetişdirilmiş oyunçulara kompensasiyalar isə yalnız enir”.
Qeyd edək ki, toplantıda UEFA-nın Növbəti Konqresinin 7 fevral 2019-cu ildə İtaliyanın paytaxtı Romada keçirilməsinə qərar verilib.