
"Bursaspor" komandası Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, "timsahlar" "Tarsus İdmanyurdu”nu qəbul edib. Meydan sahibləri 4:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.
Oyuna start heyətində çıxan Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
]