
ABŞ prezidenti Donald Trampın oğlu Berron Tramp yerli MLS Liqasında çıxış edən "Di Si Yunayted" klubunun uşaq komandasında futbol oynayır.
Sportnet.az-ın ABŞ-da Futbolun İnkişafı Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 11 yaşlı Berron Vaşinqtonu təmsil edən komandada yarımmüdafiəçi mövqeyində çıxış edir.
O, cari mövümdə 4 oyuna çıxsa da, qol vura bilməyib.
Qeyd edək ki, Berron Donald Trampın hazırkı həyat yoldaşı Melanyidən olan yeganə övladıdır.