1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Xaqani Məmmədov: "Bu iddia absurddur"
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov çexiyalı referi Miroslav Zelinkanın 2014-2015 mövsümündə "Qarabağ" və İtaliya "Roma"sı arasındakı Avropa Liqasının qrup mərhələsinin son görüşündə Ukrayna Futbol Federasiyasının Hakimlər Komitəsinins sabiq sədri Pyerluici Kollinanın sifarişini yerinə yetirdiyinə dair iddialara münasibət bildirib.
Məmmədov Sportnet.az-a açıqlamasında bildirib ki, son dəqiqədə "Qarabağ"ın təmiz qolunun məhz Ukrayna "Dnepr"inin mərhələ adlamasına kömək məqsədilə sayılmadığına dair söz-söhbətlər doğru deyil: "Belə bir sifarişin olmasına inanmıram. Düzdür, Zelinkanın səhvi də başa düşülən deyildi. Altı hakimin heç biri qaydalar çərçivəsində vurulan qolu qeydə almadı. Amma bunu kiminsə üstünə yıxmaq olmaz. Kollinanın tapşırıq verməsi ilə bağlı iddia absurdur”.