1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elhad Nəzirinin Polşa və Rumıniya sevdası
"Hazırda danışıqlar aparıram. Alınsa, ya Azərbaycanda qalacağam, ya da yenidən ölkə xaricinə qayıdacağam". Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Elhad Nəziri deyib.
21 yaşlı müdafiəçi gələcək karyerası ilə bağlı fikirlərini bildirib: "Hələ ki klubun adını açıqlamaq istəmirəm. Çünki ola bilsin, Azərbaycanda qalmadım. Menecerim iki klubla danışır. Tam razılığa gəlsə, mənə də şərtləri bildirəcək. Xaricdəki menecerim də Polşa və Ruminiya klubları ilə danışıqlar aparır. Hansı alınsa, o klubla da müqavilə bağlayacağam. Müqavilə bağlayana kimi klub adı çəkmək çətindir. Ola bilər, ad çəkərəm, o klub olmaz, bu klub olar. Burada klubların start heyətində gənc yerli futbolçular üçün yaş limiti var. Buna görə də istədim ki, Azərbaycanda qalım. O limitə görə oynamaq şansım daha çoxdur. İstədiyim şərtlər olmasa, yaxud da normal bir klubla anlaşa bilməsəm, yenidən ölkə xaricinə qayıdacağam”.
Qeyd edək ki, ötən ilin yazında Bakının "İnter” klubu ilə 1 illik müqavilə imzalayan Elhad Nəziri cari mövsümün sonunda paytaxt təmsilçisi ilə yolları ayırıb.